ABŞ-a nüvə zərbəsi vurulacaq - TƏHDİD
14.08.2016 1085 0

Koreya Xalq Demokratik Respublikası ABŞ-a nüvə zərbəsini vurmağa hazırdır.
“RİA-Novosti” agentliyinə istinadən xəbər verilir ki, bu haqda Koreyanın Mərkəzi teleqraf agentliyi (STAK) bildirib.
“Koreya xalq ordusunun operativ bölmələri ən kiçik təxribat halında düşmənə amansız zərbəni vurmağa hazırdır”, - xəbərdə qeyd edilir.
Avqustun 2-də ABŞ-ın Strateji komandanlığı bildirib ki, Şimali Koreya ortamənzilli iki ballistik raketi eyni zamanda işə salıb. Məlumata görə, bir raket işə salınmadan dərhal sonra partlayıb, iki raketin uçuşu Şimali Koreya və Yapon dənizinin üzərində izlənilib./publika.az/
Digər xəbərlər:
Şərhlər