Abituriyentlərin nəzərinə-TQDK-dan yeni qərar
12.05.2015 626 0.0 0

I ixtisas qrupu üzrə qəbul imtahanlarına hazırlaşan abituriyentlərin nəzərinə!
Qazeta.info Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına  (TQDK) istinadla bildirir ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən daxil olmuş təklifi nəzərə alaraq 2015/2016-cı tədris ilində aşağıdakı ixtisaslar üzrə müsabiqəyə ümumi balı müvafiq baldan aşağı olmayan abituriyentlərin buraxılması barədə qərar qəbul edib: 

•    Geologiya-300 bal;

•    Kompyuter elmləri-300 bal;

•    Elektronika, telekommunikasıya və radiotexnika mühəndisliyi-250 bal;

•    İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi-250 bal;

•    İnşaat mühəndisliyi-250 bal;

•    Nəqliyyat tikintisi mühəndisliyi-250 bal. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar