Abbasov və İbrahimbəyov Azərrosdan getdi-Toqquşma baş verdi.
20.02.2015 747 0.0 0
Bu gün Moskvada Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti “AzərRos”un bir qrup üzvü toplantı keçirib.

 

Məlumata görə, Moskva Millətlər Evində keçirilən toplantıda “AzərRos”un fəxri prezidenti postu ləğv edilib.

 

Ağsaqqallar Şurasının sədri olduğunu deyən Abbas Abbasov sədr postundan və üzvlükdən, Rüstəm İbrahimbəyov isə istefa verdiyini açıqlayıblar, lakin tərəfdarları onların hər iki istefasını qəbul etməyiblər.

 

Daha sonra toplantı “AzərRos” Federal Şurasının sədri olmuş Mehriban Sadıqovanı qurumun prezidenti seçib. Qeyd edək ki, M. Sadıqova Söyün Sadıqov "Azərros"un sədri olduğu vaxt onun katibəsi vəzifəsində çalışıb.

 

Qeyd edək ki, toplantı keçirilən zaman "Azərros" üzvlərinin böyük əksəriyyəti, həmçinin Federal Şuranın üzvləri Moskva Millətlər Evinin qarşısına toplaşaraq, bu toplantıya etiraz ediblər. Onlar bildiriblər ki, "Azərros"un növbəti qurultayı martın 6-da olacaq. Buna görə təşkilat üzvləri bu toplantının "qurultay" adlandırılmasına etiraz ediblər və "Azərros"u parçalamaq cəhdi kimi qiymətləndiriblər.

 

Etirazçılar Abbas Abbasovu və tərəfdarlarını dialoqa dəvət ediblər. Lakin Abbas Abbasovun tərəfdarları bir qrup qeyri-millətlərdən olan idmançılarla birgə etirazçılara hücum ediblər və onları ərazidən uzaqlaşdırmağa cəhd ediblər./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar