`Sınıq Körpü` gömrük postunda gücləndirilmiş iş rejiminə keçilib
12.08.2017 800 0.0 0

Dövlət Gömrük Komitəsi (DGK) "Sınıq Körpü" gömrük postunda gücləndirilmiş iş rejiminə keçib.

Komitədən Trend-ə verilən məlumata görə, həftənin istirahət günləri ilə əlaqədar olaraq, Azərbaycan-Gürcüstan sərhəddində sərnişinlərin və nəqliyyat vasitələrinin sayinda artım müşahidə olunduğundan bu gün səhər saatlarından etibarən Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" gömrük postunda nisbi sıxlıq yaranıb.

DGK-nın aidiyyati qurumları hazırda gücləndirilmiş iş rejimində çalışaraq, gömrük postunda keçidlərin tənzimlənməsi üçün müvafiq tədbirlər həyata keçirir və yaxın bir neçə saat ərzində yaranmış nisbi sıxlıq tam aradan qaldırılacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar