`Sevda Ələkbərzadənin xəstəsiyəm` - Video
28.10.2019 205 0.0 0

Ötən gün “O səs Türkiyə” yarışmasında Ayşənur Gül adlı iştirakçı əməkdar artist Sevda Ələkbərzadənin repertuarından “Elə demə” mahnısını səsləndirib.

Qazeta.info “Qafqazinfo”-ya istinadla xəbər verir ki, ifası ilə münsifləri heyran qoyan Ayşənur onların 4-nün də dönməsinə səbəb olub. İfaçı “Elə demə”nin Azərbaycanın xalq mahnısı olduğunu, Ələkbərzadə tərəfindən “etno-caz cover” şəklində oxunduğunu bildirib.

Murad Boz Ayşənurun sözünü kəsərək “Sevda Ələkbərzadə müdhiş bir səs, dünya səviyyəsində qorxunc bir istedaddır” deyib. Seda Bozun sözlərinə “qorxunc bir qırtlaqdır” deyə dəstək olub.

Boz daha sonra Sevda Ələkbərzadəyə heyran olduğunu deyib: “Onun xəstəsiyəm. Səsiylə bambaşqa bir duyğu yaşadır”.

 


Digər xəbərlər:
Şərhlər
avatar