`Reket` qəzet və saytlar nəşriyyatın binasından çıxarılır
07.12.2016 687 0.0 0

Azərbaycan nəşriyyatında fəaliyyət göstərən “reket” qəzet və saytlar yaxın vaxtlarda binadan çıxarılacaq. 

Məlumata görə, hazırda bu istiqamətdə müvafiq dövlət qurumlarına müraciət edilib.

Eyni zamanda bu cür tədbirlərin sürətlə görülməsi üçün Azərbaycan nəşriyyatı rəhbərliyinin lazımı addımlar atması və ciddi iradəsi tələb olunub.

Qeyd edək ki, son günlər Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Azərbaycanda “reket” jurnalist fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı keçirdiyi əməliyyatlara ölkə ictimaiyyəti və ciddi mediası tərəfindən dəstək verilsə də, ancaq Azərbaycan nəşriyyatı rəhbərliyi nədənsə üzərinə düşən addımları atmaqda hələdə tərəddüd edir. Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycan nəşriyyatı binasında öz ofislərini kirayələyən “reket” qəzet və saytlar buna görə nəşriyyat rəhbərliyinə müvafiq ödənişlər edirlər. Çox təəssüf ki, indiyədək Azərbaycan nəşriyyatı bu binaya aldığı “reket” qəzet və saytların fəaliyyətinə ciddi əhəmiyyət verməyib. Nəticədə isə bu tip saytlar və nəşrlər istədikləri kimi hərəkət edərək, ayrı-ayrı insanları öz şantaj və böhtanlarına hədəf seçiblər.

İnanırıq ki, bundan sonra Azərbaycan nəşriyyatı rəhbərliyi öz fəaliyyətində daha çox peşəkarlıq nümayiş etdirəcək./Olke.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar