`Real` TV-nin peyk yayımına başlayacağı vaxtı açıqlanıb
09.03.2018 1516 0.0 0

“Real” TV-nin peyk yayımına başlayacağı tarix məlum olub.

 

Qazeta.info xəbər verir ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov APA-ya bildirib ki, “Real” TV-nin martın 12-dən sonra “Azərspace-1” peykində yayıma başlaması nəzərdə tutulub.

 

Qeyd edək ki, martın 5-də MTRŞ-da “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. MTRŞ-nın qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.

 

“Real" TV-nin baş direktoru Mirşahin Ağayevdir.


Digər xəbərlər:
Şərhlər
avatar