`Qarabağ` Antalya toplanışını qələbəsiz başa vurub
25.01.2022 360 0.0 0

"Qarabağ" Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında sonuncu yoxlama oyununu keçirib.

Məlumata görə, Ağdam təmsilçisi Polşanın "Visla" (Krakov) komandası ilə qarşılaşıb. Görüşdə qapılara qol vurulmayıb. 53-cü dəqiqədə "köhlən atlar"ın qapıçısı Emil Balayev rəqibin penalti zərbəsini dəf edib.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda ilk günün ilk yarısında Çexiyanın "Bohemians" kollektivi ilə üz-üzə gəlməli olsa da, qarşılaşma qara görə ləğv olunub.

Qeyd edək ki, "Qarabağ" Antalyadakı ilk matçında Rumıniyanın "Qaz Metan" klubu ilə qolsuz heç-heçə edib. Ağdam təmsilçisi ikinci sınağında Serbiyanın "Baçka Topola" klubuna 0:1, üçüncü görüşündə Polşa "Şlyonsk"una 2:3 hesabı ilə uduzub./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar