`Qarabağ` `Linfild`ə qalib gəldi - 2:1
30.08.2019 585 0.0 0

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçında "Qarabağ" Şimali İrlandiya təmsilçisi "Linfild"lə qarşılaşıb.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə Ağdam təmsilçisi 2:1 hesabla qalib gəlib.

Bununla da "Qarabağ" Avropa Liqasının qrup mərhələsinə çıxır.

Qeyd edək ki, "Qarabağ" indiyədək dörd dəfə Avropa Liqasının, bir dəfə Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparıb.

Avropa Liqası

Pley-off mərhələsinin cavab oyunu

29 avqust

20:00. "Qarabağ" - "Linfild" – 2:1

Baş hakim: Sergey İvanov (Rusiya).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar