`Qalatasaray` 22-ci dəfə Türkiyə çempionu olub
20.05.2019 522 0.0 0

Bu gün Türkiyə Super Liqasının 33-cü turu çərçivəsində bir sıra oyunlar keçirilib.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, "Qalatasaray" klubu 33-cü tur çərçivəsində "Başakşəhər"i qəbul edib. Oyunda ilk hesabı açan tərəf qonaqlar olsada, ev sahibi ikinci hissədə rəqibin qapısından iki top keçirərək qalibiyyətə nail olub.

Oyunda qolları R.Bayiç (17-ci dəqiqə), S.Fequli (47-ci dəqiqə) və Q.Onyekuru (64-cü dəqiqə) vurublar.

Beləliklə, "Qalatasaray" 69 xal toplayaraq çempionatın bitməsinə bir tur qalmış ən yaxın izləyicisi olan "Başakşəhər" üçün əlçatmaz qalıb və Türkiyə Super Liqasının 22-ci dəfə qalibi olub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar