`Qafqaz əsiri`nin Ninası yubileyini qeyd edir- FOTO
22.06.2017 1252 0.0 0

Bu gün keçmiş SSRİ-də məşhur olan “Qafqaz əsiri, yaxud Şurikin yeni macəraları” filmindəki Nina rolunun ifaçısı Natalya Varleyin 70 yaşı tamam olur.

Məlumata görə, Rusiyanın əməkdar artisti Natalya Vladimirovna Varley 1947-ci il iyunun 22-də anadan olub. 

O, sirkdə, K.S.Stanilslavsk adına Moskva Dram teatrında müxtəlif səpkili rollar oynayıb. Bundan başqa? “Qafqaz əsiri, yaxud Şurikin macəraları”, “Yefreytor Zbruyevin 7 adaxlısı”, “12 stul”, “Mənim atam - idealistdir”, “Gələcəkdən gələn qonaq", “Zümrüd şəhərin sehrbazı” filmlərində maraqlı rollar oynayıb. Aktrisa şeirlərindən ibarət 3 cildlik kitab da buraxıb./Report/

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar