`Niva` yaradıcısı ölüb
20.03.2017 1419 0.0 0

Rusiyanın məşhur “Niva” markalı avtomobilinin yaradıcısı Petr Prusov ölüb.

 

TASS agentliyinə istinadən verilən məlumata görə, P. Prusov 76 yaşında vəfat edib.

 

P. Prusov 1972-ci ildə  “Niva” layihəsinin rəhbəri təyin edilib. “Niva”-nın ilk kütləvi istehsalına 5 aprel 1977-ci ildə başlanılıb. “Niva” dünyanın 110 ölkəsində satılıb, bir zaman avtomobilin 70 faizi ixrac edilib.

 

P. Prusov 1998-ci ildən 2003-cü ilə, yəni pensiyaya çıxana qədər  “AvtoVAZa” avtokonserninin baş mühəndisi olub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar