`Meyxana efirə ayaq açmamalıdır`
09.03.2022 418 0.0 0

Xalq artistləri Nəzakət Teymurova və Mələkxanım Əyyubova efirdə yayımlanan bayağı mahnılardan şikayət edib.

Qazeta.info Axşam.az -ın məlumatına əsasən xəbər verir ki, xanəndələr bu haqda "10-da görüşək" verilişində deyib.

N.Teymurova eyni zamanda meyxana tipli mahnıların da efirdə səsləndirilməsini düzgün hesab etməyib:

"Efirlərin 99 faizini bayağı mahnılar bəzəyir. Kökü olmayan mahnılardır. Bizim əsas mahnılar muğamdan yaranıb. Mahnını eşidirsən, axtarırsan ki, bu, hansı laddandır. Xalqın zövqünü korlayırılar. Bir də meyxana tipli ifalar çoxalıb. Efir insan zövqün formalaşdırır. Gənclərin yediklərini də, qulaq asdıqlarını da bilmirsən".

M.Əyyubova isə yeni yazılan mahnıların ərəb musiqisinə bənzədildiyini söyləyib:

"Bizim mahnılar muğamdan yaranıb. Müasir, estrada musiqisi yazan bəstəkarlar o kökdən bəhrələnib. Bilmirsən ərəbdi, nədi. Meyxananın öz yeri var. Bu cür mahnılar efirə ayaq açmamalıdır. Bu da evdən, valideyndən irəli gəlir. Sonra məktəb, ali məktəb və sahib olduğu peşədəndir". 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar