`Mercedes` 8 mindən çox avtomobili geri çağırır
19.09.2017 574 0.0 0

"Mercedes" Rusiyada 8,3 mindən çox "Mercedes-Benz GLE E-class" və "Mercedes-Benz GLC S-class" avtomobilini geri çağırıb.

Məlumata görə, bu qərar avtomobillərdə sükanın elektrogücləndiricisində qeydə alınan qüsurlarla bağlıdır.

 

 

 

 

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2015-ci ildən 2017-ci ilədək Rusiyada satılmış modellərə şamil olunur.

Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar