`Maşın` şounun iştirakçılarının adları məlum oldu - SİYAHI
07.10.2017 784 0.0 0

Xəbər verdiyimiz kimi, “Maşın” realiti-şousunun 15-ci sürəti olan “Xanımlar vs cənablar” adlı yeni buraxılışı 8 oktyabr saat 22:15-də, “ATV” telekanalında yayımlanacaq. Şounun yayımı 18 gün nəzərdə tutulub. Buraxılışlar hər zaman olduğu kimi, canlı yayımlanacaq və avtomobil ətrafında yenə 18 tanınmış iştirakçı dayanaraq, yarışa başlayacaq.

Hələ də mediadan gizli saxlanılan məşhur iştirakçıların tam siyahısını təqdim edirik:

1. Tünzalə Əliyeva
2. Vüsalə Əlizadə
3. Elşad Xose
4. Samirə Yusifqızı
5. Rauf Əhmədov
6. Ülviyyə Alovlu
7. İlkin Misgərli
8. Mehriban Xanlarova
9. Talıb Tale
10. Vüsalə Kərimova
11. Nazim Pişyari
12. Zemfira Adıgözəlova
13. Vüqar Muradov
14. Günel Ələkbərova
15. İlqar Mikayıloğlu
16. Xatun Əliyeva
17. Mətanət Əliverdiyeva
18. Xose Bernardo

Əldə etdiyimiz digər məlumata görə, şounun bundan öncə yayımlanan buraxılışında avtomobildən əlini bilərəkdən çəkib gedən iştirakçılar olduğundan, bu, “Maşın”ın sponsorlarının sayının azalmasına, eyni zamanda, realiti-şounun vaxtından əvvəl bitməsinə səbəb olub. Buna görə yeni mövsümün iştirakçıları ilə verilişi vaxtından əvvəl tərk edilməməsinə dair müqavilə imzalanıb. Müqavilənin şərtlərinə görə, əlini bilərəkdən avtomobildən çəkən iştirakçı 50 min manat məbləğində cərimə ödəməli olacaq. 

Şounun qalibinə isə qiyməti təxminən 60 min manat civarında olan “Nissan Altima” avtomobili təqdim olunacaq. /Oxu.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar