`Mançester Siti` `Çelsi`yə qalib gəlib
15.01.2022 277 0.0 0

İngiltərə Premyer Liqasında XXII turun mərkəzi oyunu keçirilib.

Apasport.az saytının məlumatına görə, çempionatın liderləri Mançesterdə üz-üzə gəlib.
“Mançester Siti” 10 xal qabaqladığı “Çelsi”ni qəbul edib. Oyun Pep Qvardiolanın yetirmələrinin üstünlüyü ilə keçib. Görüşün taleyini bir qol həll edib. İkinci hissədə fərqlənən Kevin de Breyne meydan sahiblərinə üç xal qazandırıb.

Qeyd edək ki, 22 matçda 56 xal toplayan “Mançester Siti” 1-ci, 43 xala malik “Çelsi” 2-ci pillədə qərarlaşıb. İki oyun az keçirən “Liverpulun” 42 xalı var.


Loading...
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar