`London taksisi` polis əməkdaşını vurub
07.06.2017 467 0

Bakıda "London taksisi" polis əməkdaşının vurub.
Məlumata görə, hadisə paytaxtın Səbail rayonu, Zərifə Əliyeva küçəsində qeydə alınıb.
10 TH 572 dövlət qeydiyyat nişanlı London taksisi yolu keçən, Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşı, polis baş serjantı Sevindik Rzayevi vurub.
Nəticədə S. Rzayev DİN-in hospitalına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. /apa/
Digər xəbərlər:
Şərhlər