`Kinder-sürpriz` yaradıcısı ölüb
31.12.2016 1046 0.0 0

Şokolad və daxilində oyuncaq olan məşhur “kinder-sürpriz”in müəllifi Uilyam Selis 83 yaşında İtaliyada ürək tutmasından vəfat edib.

 

“Meduza” nəşrinə istinadən verilən məlumata görə,  U. Selis “Ferrero” şirkətinin rəhbərlərindən biri olub.

 

“Kinder-sürpriz” satışına 1974-cü ilin əvvəlində başlanıb və o vaxtdan indiyə qədər tək uşaqlar deyil, müxtəlif oyuncaq kolleksiyası yaradan böyüklər arasında da məşhurlaşıb.

 

Qeyd edək ki, ABŞ-da “kinder-sürpriz” satışı qadağan edilib. ABŞ qanunvericiliyi yeməli məhsulların tərkibində yeyilməsi mümkün olmayan detalların yerləşdirilməsini qadağan edir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar