`Kaş ərim məni döyərdi`- VİDEO
04.10.2019 677 0.0 0

"Oğlumun qollarında keçindi. Bəlkə yatmasa, ölməyəckdi. Kaş ərim məni döyərdi, boşanardı, incidərdi, amma ölməzdir. Qayınanamın, qayınatamın ən sevimli, qabiliyyətli övladı getdi. Üsyan etmək yaxşı deyil. Amma gərək mən ölərdim, o qalardı".

Bildirək ki, bu sözləri Əməkdar artist Gülbahar Şükürlü "Şou ATV" verilişində danışıb. Qarmon ifaçısı dünyasını dəyişən həyat yoldaşı Zahiddən danışıb və ağlayıb:

"Hər zaman deyirdi ki, yeni çıxan müğənniləri də danışdır. Ürəklərin qırma. İnsan varlığı ilə heç kimi yandıra bilməz. İnsan yoxluğu ilə adamı yandıra bilər. Bəlkə, insan var ki, böyük dərdləri var. Amma mənim üçün ən böyük dərd budur". /axsam.az/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar