`Facebook`-dan yeni qadağa
01.02.2018 847 0.0 0

Dünyanın ən iri sosial şəbəkəsi olan "Facebook" bütün kriptovalyuta reklamları, tokenlərin ilkin yerləşdirilməsi (ICO) və binar opsiyonların reklamına qadağa qoyub. 

"İnterfax" agentliyinə istinadən xəbər verilir ki, bu barədə şəbəkənin rəsmi bloqunda məlumat yayılıb.

Məlumatda bildirilib ki, insanların tez-tez yanılmasına səbəb olan və yalan metodlarla reklam edilən maliyyə məhsulları və xidmətlərinin reklamının yayımlanmasına icazə verilməyəcək. "Facebook"un yeni qaydalarını pozan elanlar nəinki əsas proqramdan, hətta şirkətin reklam imkanı təklif edən "İnstagram" və "Audience Network" kimi əlavə proqramlardan da silinəcək. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar