`Dövlət icbari şəxsi sığorta` altsistemi yaradılacaq
31.12.2021 415 0.0 0

Prezident İlham Əliyevin 29 dekabr 2021-ci il tarixli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Mərkəzləşdirilmiş elektron informasiya sistemində 2022-ci il iyulun 1-dək “Dövlət icbari şəxsi sığorta” altsistemi yaradılacaq.

Qazeta.info ƏƏSMN -in məlumatına əsasən bildirir ki, altsistem dövlət icbari şəxsi sığorta sahəsində idarəçilik və xidmətlərin elektron infatsrukturunun formalaşmasında önəmli rol oynayacaq.

Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət Miqrasiya Xidməti, Dövlət Gömrük Komitəsinin altsistemə çıxışı təmin olunacaq.

Həmin qurumlar tərəfindən dövlət icbari şəxsi sığorta ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan məlumatlar  bu altsistemə daxil ediləcək.

Nazirlik altsistemə daxil ediləcək məlumatların, o cümlədən dövlət sirrinin və qanunla qorunan digər məlumatların mühafizəsinin təmin olunması üçün tədbirlər görəcək.

“Dövlət icbari şəxsi sığorta” altsistemi yaradılması ilə əlaqədar qanunvercilik aktlarında da müvafiq dəyişikliklər ediləcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar