`Ceyms Bond` rolunun ifaçısı vəfat edib
23.05.2017 678 0.0 0

Məşhur britaniyalı aktyor Rocer Mur 89 yaşında vəfat edib.

 

Məlumata görə, bu barədə aktyorun yaxınları “Tvitter”də məlumat veriblər. R. Mur İsveçrədə dünyasını dəyişib. O, xərçəngdən əziyyət çəkirdi.

 

R. Mur 1927-ci ildə anadan olub. O, daha çox Ceyms Bond haqqında lentə alınan filmlərin qəhrəmanı kimi tanınırdı.

 

Aktyor "Qızıl tapançalı insan" (1974), "Məni sevən casus" (1977), "Ay yarışçısı", (1979),"Yalnız sənin gözlərin üçün" (1981) və "Öldürməyə baxış (1985) filmlərində müxtəlif obrazlar yaradıb. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar