`Bu planlı qətldir` - Ece danışdı- VİDEO
30.01.2022 466 0.0 0

Həyat yoldaşı Şafak Mahmutyazıcıoğlu güllələnərək öldürülən aparıcı Ece Erken Show TV-ə müsahibə verib. 

Qazeta.info Olay.az-ın məlumatına əsasən yazır ki, o, bu cinayət işinə baxan hakimə səslənib. Ece ağlayaraq bunun planlı qətl hadisəsi olduğunu söyləyib:

“Zatən Şafakın ayağına bir dəfə vurub, adam yeriyə bilmir. Amma təkrar güllə atır. Niyə? Öldürmək üçün. Məqsəd qorxutmaqdırsa, ayağına vurdun, get. Yerimə əngəlli olsa, baxardım həyat yoldaşıma. Sən niyə hər yerinə vurursan? Əgər bir yerdə duran adama təkrar-təkar güllə atılırsa, bu cinayətdir. Mən daxili işlər nazirinə çox təşəkkür edirəm. Qatillər dərhal həbs olundular. Lakin azadlığa tez buraxılarlar deyə çox qorxuram. Hadisə zamanı onları maşın gözləyib. Bu planlı şəkildə baş verib. Bunun arxasında kimlər var? Əgər 10-20 il həbs olunsalar, haqqımı halal etmirəm. Mənim oğluma məndən yaxşı baxardı. Onsuz necə yaşayacam”?

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar