`BakuBus`un avtobusu qəza törədib
04.12.2017 849 0.0 0

"BakuBus" MMC-yə məxsus avtobus qəza törədib.

Məlumata görə, qəza Yasamal rayonu, Əbdülrəhim bəy Haqverdiyev küçəsində baş verib.

Belə ki, 14 saylı marşrut üzrə hərəkət edən 99-JX-279 dövlət nömrə nişanlı avtobus minik avtombili ilə toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.

Hadisə yerinə Dövlət Yol Polisinin və sığorta şirkətinin əməkdaşaları gəliblər./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar