`Bakı Metropoliteni` QSC-nin yaradılmasından 8 il ötür- VİDEO
27.02.2022 332 0.0 0

“Bakı Metropoliteni” QSC-nin yaradılmasından 8 il ötür. Sərnişindaşıma fəaliyyətinə başlamasının 55-ci ilində olan metropoliten, ötən 8 il ərzində yeni tarixi inkişaf yoluna qədəm qoyub.

Metropolitendən verilən məlumata görə, bu dövr müasir idarəetmə mexanizmləri, yeni texnika və qabaqcıl texnologiyaların tətbiqi, innovativ mühəndis düşüncə tərzinin yüksək texnologiyalar süzgəcindən keçirilməklə genişləndirilməsi baxımından xüsusi olub.
2020-ci ilin birinci rübündən dünyanı cənginə alan “COVID-19” pandemiyasının fəaliyyətinə ən çox təsir etdiyi sahələrdən olsa da, ötən iki il ərzində əldə olunan nailiyyətlər heç də az olmayıb.
2020-ci ilin peşə bayramını “Əziz Şuşa, sən azadsan!” ifadəsinin ucaldığı bir gündə qeyd edən metropolitençilər sonrakı bir il ərzində də 54 illiyini Zəfər təntənəsinin işığında əmək uğurları ilə qeyd etdi.
Xalqın xidmətçisi olmaqdan məmnunluq hissi və 55 illik tarixinin işığında son iki il ərzində əldə olunmuş nailiyyətlərin videohesabatını təqdim edirik.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar