`AvtoVAZ` 20 minə yaxın avtomobili geri çağırdı
20.10.2017 1200 0.0 0

"AvtoVAZ" şirkəti Rusiyada 20 minə yaxın avtomobili geri çağırıb.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, bu qərar avtomobillərdə mühərrik naqillərinin akkumlyatora mümkün sürtünməsi ilə bağlıdır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2016-cı ilin fevralından satılmış "Lada Xray" modellərinə şamil olunur.

Bu avtomobillərdə akkumulyator kənarlarına qoruyucu lentlər ödənişsiz yapışdırılacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar