400 kq-lıq qadın əməliyyatdan sonra rəqs etdi - VİDEO
13.03.2017 957 0.0 0

Məlumata görə, səhhətindəki problemlərə görə çəkisi təxminən 500 kiloqrama çatan 36 yaşlı qadın dünyada ən ağır şəxs hesab olunurdu. Fevral ayında bildirilmişdi ki, “Egypt Air” aviaşirkəti Abdulatini Misirdən yük təyyarəsi Hindistana gətirib. Həkimlərin sözlərinə görə, martın 7-də keçirilən əməliyyat nəticəsində qadının mədəsinin ölçüsü 15 faiz azaldılıb. Həkimlər həmçinin piyin böyük hissəsini götürüblər.
Bugünlərdə isə İmanın Mumbaydakı xəstəxanadan görüntüləri yayılıb. O, ərəb musiqisinin sədaları altında yataqda rəqs etməyə çalışıb. Həmin anları xəstənin bacısı telefonun yaddaşına köçürüb./Publika.az/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar