3D printerlə avtomobil - YENİLİK
29.03.2018 970 0.0 0

3D (üçölçülü) printerlər dünyanı ələ almaqda davam edir.

Məlumata görə, Almaniyanın “Siemens” şirkətinin mütəxəssisləri ilə Kaliforniyanın “Hacrod” şirkətinin ekspertlərinin birgə layihəsi əsasında “La Bandita” adlanan axarlı kuzov formasına malik avtomobil üçölçülü printer vasitəsilə çap edilib.

Layihə rəhbərlərinin sözlərinə görə, avtomobilin hazırlanmasında ən müasir texnologiyalardan istifadə olunub. Avtomobilin axarlı kuzovu virtual reallıqda layihələndirib, bütün hesablamalar və ilkin test sınaqları isə süni intellekt köməyi ilə gerçəkləşdirilib:

 



"Hər kəsin arzu etdiyi metal və alüminiumdan hazırlanan avtomobil gələcəkdə müstəqil şəkildə hazırlanacaq avtomobillərə doğru atılan ilk addımdır. “La Bandita” idman üslubunda hazırlanan avtomobildir. Burada “3D” çap sistemi istehsal xətlərində standart yığımla müqayisədə bir sıra üstünlüklərə malikdir. Məsələn, avtomobilin istənilən detalına eləcə də müxtəlif korpus elementlərinə sadə şəkildə düzəlişlər etmək olur. Bunun üçün avtomobilin kompyuterin yaddaşında olan nüsxəsinə düzəliş edib yenidən çapa ötürmək kifayətdir".

“Hackrod” və “Siemens” şirkətləri gələcəkdə birgə fəaliyyət əsasında sifarişçilərin istəklərinə uyğun müxtəlif avtomobillərin istehsalını planlaşdırırlar./publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar