'Qurdlar Vadisi' Ərdoğanı diri-diri 'basdırdı' - Şok kadr
11.10.2016 1709 0.0 0

Türkiyənin məşhur “Qurdlar Vadisi Pusu” teleserialının 159-cu bölümünün bir səhnəsində qəbir daşında “Ərdoğan” adının yazılması ciddi müzakirələrə səbəb olub.

 

Qazeta.info Axar.az-a istinadla xəbər verir ki, Bəyaz TV-nin "Deməsəm olmaz” verilişinin heyəti həmin kadrların lentə alındığı yerə getsə də, sözügedən qəbir daşının üzərində başqa adın yazıldığının şahidi olublar.

 

Məsələ ilə bağlı Bəyaz TV-nin şərhçisi Nihat Doğan Prezident Rəcəb Tayyib Ərdoğana müraciət edib:

 

“Ərdoğanı diri-diri torpağa basdırdınız. Hörmətli prezidentimiz, bunları görün! Ola bilsin ki, sizə düzgün informasiya çatdırmırlar. Lakin biz buradan səslənirik. Dostunuzu və düşmənizi yaxşı tanıyın. Bununla onlar subliminal mesajlar verirlər. Məhkəmə lazım olan tədbirləri görməlidir”.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar