'Canlı bomba' özünü toy evində partlatdı: 30 ölü, 90 yaralı
05.10.2016 730 0.0 0

Suriyanın Əl-Haseke şəhərində keçirilən toy mərasimində faciə baş verib. APA TV-nin "Euronews"a istinadən məlumatına görə, Suriya müxalifətinin üzvlərinin iştirak etdiyi mərasimdə İŞİD terrorçusu özünü partladıb.

Əsasən kürdlərin qatıldığı toyda 30 nəfər həyatını itirib, 90 nəfər yaralanıb.

Xatırladaq ki, oktyabrın 4-də Həma şəhərində də kamikadze özünü partladıb, həmin hadisədə 2 nəfər ölüb, 12 nəfər yaralanıb.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar