31 yaşlı Sebastyan Kurts Avstriyanın yeni kansleri olacaq
16.10.2017 610 0.0 0

Avstriyada keçirilən növbədənkənar parlament seçkiləri başa çatıb.

TASS-a istinadən xəbər verilir ki, ilkin nəticələrə görə, seçkilərdə ölkənin xarici işlər naziri, 31 yaşlı Sebastyan Kurtsun rəhbərlik etdiyi mühafizəkar əhval-ruhiyyəli Avstriya Xalq Partiyası (ANP) liderlik edir.

Partiya lideri indi Nazirlər Kabinetinin formalaşdırılması səlahiyyətinə sahib olacaq. Bundan əlavə, qələbə Kurtsa respublikanın kansleri postunu tutmaq imkanı verəcək.

Səslərin ilkin hesablanmasından sonra ANP 31,4% səs toplayaraq əhəmiyyətli fərqlə birinci yeri tutur ki, bu da parlamentdə 61 deputat mandatına iddia etmək hüququ verir. İkinci yerdə 27,4% səslə sağçı Avstriya Azadlıq Partiyası qərarlaşıb./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar