31 martda gözlənilən hava şəraiti- XƏBƏRDARLIQ
30.03.2017 1324 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən bildirir ki,

Bakıda və Abşeron yarımadasında 

Martın 31-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-7, gündüz 8-13, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  761 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək,  nisbi rütubət  gecə 70-80, gündüz 60-65 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında

Martın 31-də bəzi yerlərdə şimşək çaxacağı, şimal və qərb rayonlarından başlayaraq arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir  güclənəcək.

Havanın temperaturunun gecə 2-7, gündüz 13-18 dərəcə isti, dağlarda  2 dərəcə şaxtadan 3 dərəcəyədək isti,  gündüz 5-9 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji xəbərdarlıq

Martın 31-də Abşeron yarımadasında atmosfer təzyiqinin qısa müddətdə xeyli yüksəlməsi fonunda güclü xəzri küləyi meteohəssas insanlar üçün çox əlverişsizdir.

Xəbərdarlıq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə martın 31-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.  Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar