30 Noyabrda gözlənilən hava proqnozu açıqlanıb
29.11.2021 288 0.0 0

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti  növbəti günə gözlənilən hava məlumatını açıqlayıb.

Qazeta.info bildirir ki, verilən proqnoza görə, noyabrın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 8-10° isti, gündüz 13-17° isti, Bakıda gecə 8-10° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında Əsasən yağmursuz. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9° isti, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar