27 YANVAR HAVA MƏLUMATI
26.01.2015 1064 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə bildirirki, Bakı və Abşeron yarımadasında, 
Yanvarın 27-də hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, günün ikinci yarısında dəyişkən buludlu keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-3, gündüz 4-7 dərəcə isti olacaq. 
Atmosfer təzyiqi 767 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında
Yanvarın 27-də 
hava şəraitinin fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, səhər qərb rayonlarından başlayaraq yağıntının tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 0-4, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar