27 avqustda gözlənilən hava şəraiti
26.08.2019 504 0.0 0

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti  növbəti günə gözlənilən hava məlumatını açıqlayıb.

Qazeta.info bildirir ki, verilən proqnoza görə,

Bakıda və Abşeron yarımadasında

Avqustun 27-də hava dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin yarmadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var  Mülayim şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu Abşeron yarımadasında gecə 21-23, gündüz 29-31, Bakıda gecə 22-24, gündüz 31-33 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 763  mm civə sütunundan 761 mm civə sütunu, nisbi rütubət isə gecə 65-75, gündüz 40-50 faiz olacaq.

 

Azərbaycanın rayonlarında

Avqustun 27-də  hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Böyük Qafqazın ayrı-ayrı yerlərində yağıntnın leysan xarakterli olacağı və dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti təşkil edəcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar