26 noyabrda gözlənilən hava şəraiti
25.11.2017 1116 0.0 0

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Noyabrın 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-6, gündüz 10-13, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

 Azərbaycanın rayonlarında

Noyabrın 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz  ayrı-ayrı  yerlərdə arabir  güclənəcək.

Havanın temperaturunun gecə 0-4, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 4-9, yüksək dağlıq ərazilərdə 12-17 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.


Digər xəbərlər:
Şərhlər
avatar