25 fevralda gözlənilən hava şəraiti- XƏBƏRDARLIQ
24.02.2017 1564 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentinin məlumatına əsasən bildirir ki,

Bakıda və Abşeron yarımadasında

 

Fevralın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 2-6, gündüz 10-15, Bakıda gecə 4-6, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  767  mm civə sütunundan 759  mm civə sütununa enəcək,  nisbi rütubət  gecə 70-75, gündüz 50-55 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında

Fevralın 25-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi  əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 3-8, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Fevralın 26-dan 27-dək Abşeron yarımadasında meteoroloji amillərin qısa müddətdə təzadlı tərəddüdü və gündüz güclü xəzri küləyi meteohəssas insanlar üçün çox əlverişsizdir.

Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında fevralın 26-sı gündüzdən 27-si səhərədək güclü şimal-qərb küləyinin əsəcəyi  gözlənilir.

Azərbaycanın rayonlarında isə qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Küləkli hava şəraiti fevralın 27-si səhərədək davam edəcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar