24 YANVAR HAVA MƏLUMATI
23.01.2015 1027 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə bildirirki, Bakı və Abşeron yarımadasında, 

Yanvarın 24-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın gecə və səhər çiskinli, günün ikinci yarısından arabir yağıntılı olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək, gündüz arabir güclənəcək. 
Havanın temperaturu gecə 0-2, gündüz 5-7 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunundan 772 mm civə sütununa düşəcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında
Yanvarın 24-də 
hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 0-4, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 2-7, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir. 

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar