24 mayda gözlənilən hava şəraiti
23.05.2017 808 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən bildirir ki,

Bakıda və Abşeron yarımadasında

Mayın 24-dəhava şəraitinindəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 21-26, Bakıda gecə 15-17, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubətgecə80-90, gündüz 60-70 faiz təşkil edəcək. 

 Azərbaycanın rayonlarında

Mayın 24-dəbəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə  intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir  güclənəcək

Havanın temperaturunun gecə 12-17, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 13-17 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Mayın 24-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, mayın 25-də arabir güclənən küləkli hava şəraiti bəzi insanlarda narahatlıq yarada bilər. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar