Tarix: 10.12.2016,   Saat: 14:50, Şənbə.          

23 yaşlı gəncin yolun ortasında can verdiyi ANLAR - VIDEO

Salyanda 23 yaşlı gənc bıçaqla qətlə yetirilib. Ağaqulu Qubadov Polis Şöbəsinə gələrək könüllü təslim olub.
CTV (Region TV) xəbər verir ki, hadisə ötən gün Salyan şəhərində qeydə alınıb. Belə ki, Salyan şəhər sakini, 23 yaşlı Ağaverdi Davudov naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq asfalt yolun üzərində köməksiz halda can verib. 
Ətrafdakı insanların köməkliyi ilə hadisə yerinə təcili yardım maşını çağırılıb. Ağır bıçaq yarası alan Ağaverdi Salyan Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib. 
Qatilin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Ağaverdi Davudovu bıçaqla qətlə yetirən rayonun Babazənan yaşayış massivinin sakini, 20 yaşlı Ağaqulu Qubadov Polis Şöbəsinə gələrək könüllü təslim olub. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. 
Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır./bizimyol.info/
 


  Bölmə: Ölkə | Baxış sayı: 301 | Tarix: 12.09.2016, 13:13


Xəbərlər