22 iyunda keçiriləcək oyunların ümumi qrafiki
22.06.2015 472 0.0 0
Bakı 2015 Avropa Oyunlarında bazar ertəsi 22 iyun tarixində baş tutacaq əsas yarışlar.Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla həmin yarışların proqramını təqdim edir.

İyun ayının 22-də Bakı 2015-də birbirindən maraqlı yarışlar olacaq. Sona yaxınlaşdıqca həyəcanın daha da artdığı birinci Avropa Oyunlarında növbəti yarışlar xüsusi marağa səbəb olacaq.

Mübarizəyə yaxın rinq
Boks, saat 12:30-dan etibarən

Böyük Britaniyalı Nikola Adams  və bolqarıstanlı Stoyka Petrova arasında boks üzrə dörddəbir final qarşılaşması günorta sessiyasında Kristal Zal 2-də baş tutacaq.

Adams London 2012 Olimpiya Oyunlarında keçirilən dörddəbir final qarşılaşmasında bolqar boksçusunu məğlub etdi. Lakin Petrova Buxarestdə keçirilən keçən ilin Avropa çempionatının eyni mərhələsində britaniyalı rəqibini məğlub edərək məğlubiyyətin intiqamını aldı. Adams Petrova üzərində 8-1 hesablı karyera üstünlüyünü qoruyub saxlayır.

Daha çox medallar qazanmaq üçün var gücü ilə çalışmaq
Atıcılıq, saat 08:30-dan etibarən

Atıcılıq yarışı üç qeyri-Olimpiya qarışıq komanda yarışlarının böyük həyəcanı ilə başa çatır.

Günün əsas çıxışlarından biri isə çərşənbə günü kişilər arasında 10 metrdən hava tüfəngi ilə atəş yarışında gümüş medal qazanan Nikkolo Kampriani ilə cümə günü qadınlar arasında 50 metrdən tüfəng ilə 3 vəziyyətdə atəş yarışının qalibi olan sevgilisi Petra Zublasinq ilə komanda şəklində birləşməsi olacaq.Cütlük Bakı Atıcılıq Mərkəzində 10 metrdən hava tüfəngi ilə atəş yarışında qızıl medal uğrunda atış edəcəklər.

Belçikanın tapşırığının həcmi
Voleybol, saat 09:00-dan etibarən

Kişilər arasında qrup yarışının final mərhələsi bazar ertəsi baş tutacaq. İtaliya qrupdan kənardadır, lakin Belçikanin hələ də son səkkizliyə çıxması üçün şansı var. Almaniya isə olduğu yerdə dayanıb. Dünya reytinqində 7-ci yerdə olan almanlar hazırda ilk pillədədir. Belçika mütləq qalib gəlməlidir. Əks təqdirdə yarışları qrup mərhələsində dayandıracaq. 

Kitab üçün qalib gəldi

Sambo, saat 10:00-dan etibarən

Rus idmançısı Artem Osipenko samboda kişilər arasında 100kq çəki dərəcəsində mübarizə aparacaq. O, 2014-cü ildə 100kq çəki dərəcəsində dünya çempionu, 2015-ci ildə isə Avropa çempionudur. O, üç dəfə dünya tituluna sahib olub və `Dünya çempionu necə olmalı` təlimat kitabçasını nəşr edib.

Qələbədə digər atış

Kamandan oxatma, saat 09:00-dan etibarən

Bakı 2015-də komanda yarışının qızıl medalçısı və London 2012-nin qalibi italyan Mauro Nespoli Tofiq Bəhrəmov adına Respublika Stadionunda kişilər arasında fərdi kamandan oxatma yarışında qızıl medal uğrundan mübarizə aparacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar