21 sentyabrda gözlənilən hava şəraiti
20.09.2017 715 0.0 0

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

 

 

 

 

 

 

Bakıda və Abşeron yarımadasında                                    

Sentyabrın 21-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 19-22, gündüz 30-35, Bakıda gecə 20-22, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 760  mm civə sütunu, nisbi rütubət  gecə 75-85, gündüz  40-45 faiz təşkil edəcək. 

 

Azərbaycanın rayonlarında

Sentyabrın 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə  15-20, gündüz  31-36, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar