21 iyulda gözlənilən hava şəraiti
20.07.2017 1047 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən bildirir ki,

Bakıda və Abşeron yarımadasında 

İyulun 21-də hava şəraitinin günəşli olacağı gözlənilir. Şimal-şərq, şərq küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 22-26, gündüz 35-38, bəzi yerlərdə 40, Bakıda gecə 23-25, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət 45-55 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Sahil, Şıxda 28-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında
İyulun 21-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar