20 dekabrda gözlənilən hava şəraiti
19.12.2015 517 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən bildirirki,

Bakıda və Abşeron yarımadasında

Dekabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə zəif duman olacağı gözlənilir. 
Mülayim cənub-qərb küləyi əsəcək.Havanın temperaturu Abşeron yarımadasında gecə 0-4, gündüz 8-11, Bakıda gecə 1-3, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir. 
Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 765 mm civə sütununa enəcək, nisbi rütubət isə gecə 75-85, gündüz 65-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Dekabrın 20-də
hava şəraitinin əsasən yağmursuz keçəcəyi, şərq rayonlarında çiskinli 
olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim 
qərb küləyi əsəcək. 
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə 
isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.    


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar