2022-ci ilin rəngi açıqlandı
10.12.2021 336 0.0 0

“Pantone” şirkəti 2022-ci ilin rəngini açıqlayıb.

Qazeta.info Axşam.az -ın məlumatına əsasən bildirir ki, gələn ilin rəngi bənövşəyi və qırmızının alt tonu olan mavi olaraq müəyyən edilib. "Very Peri 17-3938" adlı ton ilk dəfə hansısa rəng müəyyən edilərkən mövcud olan çalarlar arasından seçilməyib, yeni yaradılıb.

Bu çalar qlobal transformasiya və innovasiyaları özündə əks etdirir. Bu rəng ünsiyyətə, ideya və emosiyalara təsir edərək qarşıda duran nəhəng imkanları vurğulayır.

Xatırladaq ki, 2021-ci ilin rəngləri sarı və boz idi.

Qeyd edək ki, 1950-ci ildə Nyu-Yorkda qurulan “Pantone” şirkəti 2000-ci ildən bəri Panton Rəng İnstitutu vasitəsiylə ilin rəngini müəyyənləşdirir.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar