18 dekabrda gözlənilən hava şəraiti
17.12.2016 2274 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentinin məlumatına əsasən bildirir ki,

Bakıda və Abşeron yarımadasında

 

Dekabrın 18-də bəzi yerlərdə arabir qar yağacağı, günün ikinci yarısında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 3-5 dərəcə isti,  Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi normadan yüksək 775 mm civə sütunu, nisbi rütubət  gecə 85-95, gündüz 50-55 faiz  təşkil edəcək.

 

Azərbaycanın rayonlarında

Dekabrın 18-də hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti, dağlarda gecə 8-13, gündüz 0-5 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar