17 yaşlı oğlan atasını öldürüb
23.08.2016 687 0.0 0

Yardımlıda qətl hadisəsi törədilib.

 

Məlumata görə, hadisə ötən gün axşam saatlarında rayonun Alar kəndində qeydə alınıb. Kənd sakini, 1999-cu il təvəllüdlü Qaçay Şahverənov ailə münaqişəsi zəminində atası, 1972-ci il təvəllüdlü Nadir Sabir oğlu Şahverənovu ov tüfəngi ilə kürək nahiyəsindən vurub. N. Şahverənov aldığı yaradan hadisə yerində ölüb.

 

Qətli törətmiş Q. Şahverənov yaxalanaraq istintaq orqanlarına təhvil verilib.

 

Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar