17 avqustda gözlənilən hava şəraiti
16.08.2016 650 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən bildirir ki,

 

Bakıda və Abşeron yarımadasında

 

Avqustun 17-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyilə əvəz olunacaq.

Havanın temperaturunun gecə  21-25, gündüz  30-35, Bakıda gecə 23-25, gündüz  33-35 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 758 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 65-75, gündüz  30-40 faiz təşkil edəcək.               

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda  25-26, Türkan, Hövsan, Sahil, Şıxda  27-28 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında

Avqustun 17-də hava şəraiti əsasən yağmursuz keçəcək.  Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz  33-38,  dağlarda gecə 15-19, gündüz  25-30 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Avqustun 17-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Digər xəbərlər:
Şərhlər
avatar