15 oktyabrda gözlənilən hava şəraiti
14.10.2016 725 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentinin məlumatına əsasən bildirir ki,

Bakıda və Abşeron yarımadasında

Oktyabrın 15-də arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 12-14, gündüz 14-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət  85-95 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında

Oktyabrın 15-də şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-14, gündüz 15-18, dağlarda gecə 2-7, gündüz 7-12 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 15-17-də Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişməsi, yağışlı, güclü küləkli havanın üstünlüyü və iqlim normasından aşağı temperatur rejimi meteohəssas insanlar üçün əlverişsizdir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar