150 min əsgər yeridilir (VİDEO)
26.03.2015 822 0.0 0

Səudiyyə Ərəbistanının Yəmən əməliyyatlarında 100 qırıcı və 150 min əsgər iştrak edəcək.

Məlumata görə, bu barədə xəbəri Əl-Ərəbiyyə telekanalı yayıb.

Daha əvvəl xəbər verilmişdi ki, krallığın Hərbi Hava Qüvvələri üsyan edən şiələrin mövqelərinə aviazərbələr endirib. Yəmən üzərindən hava məkanı artıq koalisiya tərəfindən uçuşsuz zona kimi elan edilib. Səna aeroportu və Yəmən hərbi bazasının atəşə tutulması nəticəsində husilərə komandanlıq edən bir neçə zabit həlak olub. Bunlardan Əbdül Xaliq əl-Xuti, Yusefa əl-Madani və Yusselya əl-Fişi kimi komandirlərin ölümü artıq təsdiqini tapıb.

Qeyd edək ki, cümə axşamına keçən gecə Səudiyyə Ərərbistanı daha 9 ölkənin iştrak etdiyi Yəməndə baş qaldıran şiə üsyanına qarşı əməliyyatlarda iştrakını elan edib. 

Səudiyyə Ərərbistanından başqa əməliyyatlarda Küveyt, Bəhreyn, BƏƏ, Misir, İordaniya, Sudan, Mərakeş və Pakistan iştirak edir./anspress/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar